Dortmund "Borussiya"sı heyətinə daha bir futbolçu qatıb.
Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Dortmund təmsilçisi "Bavariya"nın futbolçusu Sebastiyan Rode ilə razılığa gəlib. Belə ki, 25 yaşlı yarımmüdafiəçi "Borussiya ilə 4 illik müqavilə imzalayıb.
Xatırladaq ki, Rode 2014-cü ildən "Bavariya"nın heyətində çıxış edir. O, cari mövsüm "Bavariya" forması ilə 17 matçda forma geyinib və 1 qol vurub.