İtaliya milli komandasının yeni baş məşqçisi Campyero Ventura olacaq. Qeyd edək ki, o , Torino komandasını çalışdırırdı.
68 yaşlı mütəxəssis ölkə futbol federasiyası ilə iki illik müqavilənin razılığını əldə edib. Buna əsasən onun məvacibi 1,3 milyon avro təşkil edəcək.
Məşqçi qarşısında dünya çempionatının final mərhələsinə yüksəlmək vəzifəsi qoyulacaq.Əlavə edək ki, buna görə ona əlavə bonus ödənilməyəcək.