Daha 11 medal və “Zirvə” yenidən ölkənin ən güclüsüdür!

00:51 7 İyun 2016

3-5 iyun tarixlərində Şimal DRES qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında yeniyetmələr arasında Azərbaycan birinciliyi keçirilib. Yarışa 1999-2000 və 2001-03-cü illər təvəllüdlü oğlan və qızlar qatılıblar. Qızlar 44, 48, 53, 58, 63, 69 və +69 kq, oğlanlar isə 50, 56, 62, 69, 77, 85, 94 və +94 kq çəki dərəcələrində medal mübarizəsi aparıblar. Ümumilikdə yarışda 150-dən çox idmançının iştirak edib.
Yarışların ikinci və üçüncü günlərində oğlanlarda 62, 69, 77, 85 və 94 kq çəki dərəcələrində hər iki yaş qrupunda medalçıların adlarına yadınlıq gəlib. Yenə də “Zirvə” Beynəlxalq İdman Klubunun nümayəndələri rəqiblərindən üstün olublar. İki gün ərzində idmançılar 26 medalla təltif olunub ki, onlaradan 11-i məhz bizim klubun üzvləri olublar. “Zirvəçilər” 4 qızıl, 4 gümüş və 3 bürünc medal əldə ediblər.
Beləliklə, klubun nümayəndələri bu birincilikdə 23 medal qazandılar. Bu, isə ümumi medalçıların tam yarısı deməkdir. 


Digər xəbərlər

Xəbər xətti