Qarşıdakı 8 həftə Formula1 üzrə dünya çempionatı tarixində rekord sayda – 21 Qran Pridən ibarət olan mövsümündə ən zəngin dövr olacaq. Üç qoşalaşmış mərhələlər titul uğrunda mübarizədə vacib rol oynayacaqlar və yalnız iki həftəsonu azarkeşlər və komandalar dincələ biləcəklər.
8 həftə ərzində 6 yarışa Kanada Qran Prisi start verəcək. Monrealdan dərhal sonra çempionat iştirakçıları Formula1 tarixində ilk dəfə vətənimizə – Avropa Qran Prisinə gələcəklər. Komandalar çətin logistik məsələləri həll etdikdən sonra yenidən Avropaya qayıdacaqlar.
Birinci ikihəftəlik pauzadan sonra Avstriya və Britaniya qoşalaşmış mərhələləri baş tutacaq – bu yarışlar 2014-cü ildə Şpilberq təqvimə qayıtdıqdan sonra eyni ardıcıllıqla keçirilirlər, amma ilk dəfə iki yarışı cəmi bir həftə ayıracaq.
Adətən, komandalar yay tətilinə Hunqarorinq yarışından sonra gedirdilər, amma bu il mövsümün ilk yarısı iyulun son günündə Macarıstan Qran Prisindən bir həftə sonra Almaniya Qran Prisi ilə başa çatacaq.
Mövsümün ikinci yarısında da bizi 3 qoşalaşmış yarış gözləyəcək – Spa və Montsa, Sepanq və Suzuka, Ostin və Mexiko yarışlarını cəmi bir həftə ayıracaq…