Cüdoçumuz Zəhra Mehdiyeva bürünc medal qazandı

12:11 7 İyun 2016

Bakı İdman Sarayında iki dəfə Sovet İttifaqı Qəhrəmanı general-mayor Həzi Aslanovun xatirəsinə həsr olunmuş cüdo üzrə ənənəvi XXXVIII beynəlxalq turnir keçirilib.
Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda Azərbaycan, Rusiya, İran, Gürcüstan, Türkmənistan, Qırğızıstan, İsrail, Sloveniya, Xorvatiya və Macarıstandan 300-dən çox idmançı birincilik uğrunda mübarizə aparıb.
1999-2001-ci il təvəllüdlü idmançılar arasında təşkil olunan yarışda 18 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşib.
 Bu mötəbər yarışda “Zirvə” Beynəlxalq İdman Klubunun da bir nümayəndəsi çıxış edib. 15 yaşlı Zəhra Mehdiyeva 57 kq çəki dərəcəsində mübarizə aparıb və fəxri kürsüyə qalxa bilib. Beləki Mehdiyeva yarışı bürünc medalla başa vurub.

 


Digər xəbərlər

Xəbər xətti