UEFA Albaniyanın "Skenderbeu" komandasını avrokuboklardan bir illik kənarlaşdırıb. Səbəb isə klubun oyun alqı-satqısında iştirak etməsidir. Avropanın ali futbol qurumunun bu qərarına Albaniya təmsilçisi etiraz edib. “Skenderbeu” şikayət edəcəyini bildirib. Qeyd edək ki, onların "Lokomotiv", "Kruzeyders", "Dinamo" və "Sportinq" komandaları ilə keçirilən matçlarda “danışılmış” qələbə qazandığı bildirilir.
"Skenderbeu" son mövsümdə Albaniya çempionu olub.