Azad Rəhimov: "İkinci Avropa Oyunlarını ancaq Rusiya keçirməlidi"

15:10 7 İyun 2016

"İkinci Avropa Oyunlarını ancaq Rusiya keçirməlidi". Bu sözləri Gənclər və idman naziri Azad Rəhimov TASS agentliyinə müsahibəsində deyib.

Nazir sözlərinə belə davam edib: "Əgər Rusiya bundan imtina edirsə, bu artıq mənim səlahiyyətimdə deyil. Lakin bu yaxşı yarışmadı və idmançılar üçün möhtəşəm yarış təcrübəsidi. Əminəm ki, Avropa Oyunlarında iştirak edən atletlər Olimpiadada yaxşı nəticəyə imza atacaqlar. Bu cür turnirdə qazanılan və həmin atmosfer idmançılara kömək olacaq". 

İlk Avropa Oyunları Bakıda keçirilmişdi. Daha əvvəl Rusiyanın idman naziri Vitali Mutko bəyan etmişdi ki, Rusiya 2019-cu ildə Avropa Oyunlarını keçirməyəcək.


Digər xəbərlər

Xəbər xətti