Əmrə Mor "Borussiya"da

17:08 7 İyun 2016

Türkiyə milli komandasının gənc ulduzlarından Əmrə Mor karyerasını Almaniya Bundesliqasında davam etdirəcək. 18 yaşlı futbolçu Dortmund "Borussiya"sı ilə müqavilə bağlamaq üçün millinin baş məşqçisi Fatih Terimdən icazə alaraq, Almaniyaya yollanıb. Yarımmüdafiəçinin 5 illik müqavilə bağlaması gözlənilir. 

Morun Danimarkanın "Nordşelland" komandası ilə 2019-cu ilin sonuna qədər anlaşması olduğundan "Borussiya" bu komandaya 16 milyon avro ödəyəcək.


Digər xəbərlər

Xəbər xətti