Gənc idmançılarımız İspaniyada bürünc medal qazanıb

21:52 7 İyun 2016

İspaniyanın Qvadalaxara şəhərində bədii gimnastika üzrə dünya kuboku və gənclər arasında beynəlxalq turnir keçirilib.

Kubok yarışlarında Marina Durunda lentlə final mərhələsində çıxış edərək beşinci yerdə qərarlaşıb.

Kubokda Azərbaycanı qrup hərəkətləri yarışlarında təmsil edən Siyana Vasileva, Aleksandra Platonova, Diana Doman, Ayşən Bayramova və Elif Zeynep Celepdən ibarət komanda çıxış proqramının hər iki finalına (5 lent, 3 cüt gürz və 2 halqa) vəsiqə qazanaraq 5-ci yeri tutub. Çoxnövçülükdə isə qızlar 6-cı nəticəni göstəriblər.

Dünya kuboku ilə paralel keçirilən beynəlxalq turnirdə gənc gimnastlar İlahə Məmmədova, Veronika Qudis və Zöhrə Ağamirova iştirak ediblər.

Azərbaycan təmsilçisi Veronika Qudis iplə finalda çıxış edərək 3-cü yeri ispaniyalı gimnastla bölüşüb.


Digər xəbərlər

Xəbər xətti