"Qarabağ"dan ayrılaraq "Sumqayıt"a transfer olan Fərhad Vəliyev Ağdam klubunun saytına açıqlama verib.
36 yaşlı qolkiper 9 ildir oynadığı komandadan ayrılmağın onun üçün üzücü olduğunu deyib:
"Bura mənə ailəm kimidir. Nə vaxtsa, yenidən məşqçi kimi də olsa da, "Qarabağ"a qayıtmaq istəyirəm. Bu 9 il karyeramın ən yaxşı vaxtları idi. Hər zaman klub rəhbərliyi, baş məşqçimiz Qurban müəllim, Elxan müəllim öz dəstəyini verib. Daha bir - iki il karyeramı davam etdirmək fikrindəyəm. Bir daha vurğulayım, nə vaxtsa yenidən "Qarabağ"a qayıtmağı planlaşdırıram. Daim "Qarabağ"ın uğur qazanmasını arzulayacam".