UEFA Avropa çempionatları tarixinin rəmzi komandasını elan edib.
Qurumun rəsmi saytı keçirilən səsvermədə 3 milyon 500 min azarkeş iştirak edib və aşağıda adları qeyd olunan futbolçular rəmzi komandada yer alıb:
Qapıçı: Canluici Buffon (İtaliya)
Müdafiəçilər: Paolo Maldini (İtaliya), Frans Bekkenbauer (Almaniya), Karles Puyol (İspaniya), Filipp Lam (Almaniya)
Yarımmüdafiəçilər: Zinəddin Zidan (Fransa), Andrea Pirlo (İtaliya), Andres İnyesta (İspaniya)
Hücumçular: Kriştiano Ronaldo (Portuqaliya), Tyerri Anri (Fransa), Marko van Basten (Hollandiya)