Avropa çempionatında iştirak edəcək yaşı 22-dən artıq olmayan futbolçular üçün əlavə stimul yaranıb.
Sportarena.az apasport.az-a istinadən xəbər verir ki, həmin oyunçulardan biri AÇ tarixində ilk dəfə bu turnirin ən yaxşı gənc üzvü seçiləcək.
Belə ki, SOCAR qitə birinciliyinin ən yaxşı gənc oyunçusunu mükafatlandıracaq. Bu mükafatı 1993-cü il dekabrın 31-dən sonra anadan olan istənilən oyunçu ala bilər. Qalibi Avropa çempionatının bütün matçlarını izləyəcək UEFA-nın texniki müşahidəçiləri müəyyənləşdirəcək.
UEFA-nın ekspertlər qrupunda Aleks Ferqyusson və Alen Jiress kimi tanınmış simalar da yer alacaq. Həmin qrupa isə UEFA nümayəndəsi İoan Lupesku rəhbərlik edəcək. Onlar təkcə fərdi keyfiyyətləri üstün olanları deyil, komanda oyununda da mühüm rol oynayan futbolçuları fərqləndirəcəklər.
Artıq bir neçə tanınmış futbolçu SOCAR mükafatına əsas namizədlər sayılır. Onların sırasında Fransa yığmasından Kinqsli Koman, Antoni Marsial, ingilislərdən Dele Alli, Markus Reşford, Rahim Sterlinq, polşalı Arkadiuş Milik, almaniyalı Əmrə Can, türkiyəli Hakan Çalhanoğlu, rusiyalı Aleksandr Qolovin, həmçinin ukraynalılar Viktor Kovalenko və Aleksandr Zinçenko yer alıb.
SOCAR mükafatına bütün namizədlər:
Avstriya: Marsel Zabitçer, Alessandro Şopf
Albaniya: Elseyd Hisay
İngiltərə: Con Stounz, Dele Alli, Erik Dayer, Rahim Sterlinq, Markus Reşford
Belçika: Ceyson Denayer, Cordan Lukaku, Divok Oriqi
Macarıstan: Barnbaş Beşe, Laslo Klyaynhaysler, Adam Nad
Almaniya: Yoşua Kimmix, Əmrə Can, Leroy Sane, Yulian Vayql
İrlandiya: yoxdu
İslandiya: Yortyur Hermannsson
İspaniya: Ektor Bellerin
İtaliya: Federiko Bernadeski
Polşa: Bartoş Kapusta, Karol Linett, Petr Zelinski, Arkadiuş Milik, Mariuş Stempinski
Portuqaliya: Rikardo Santos
Rusiya: Aleksandr Qolovin
Rumıniya: Steliano Flilip
Şimali İrlandiya: Lük Makkalo, Peddi Makneyr
Slovakiya: Milan Şkriniar, Ondrey Duda
Türkiyə: Ahmet Çalık, Hakan Çalhanoğlu, Ozan Tufan, Əmrə Mor
Ukrayna: Viktor Kovalenko, Aleksndr Zinçenko
Uels: Corc Uilyams
Fransa: Kinqsli Koman, Antoni Marsial
Xorvatiya: Tin Yedvaj, Ante Çoriç, Mateo Kovaçiç, Marko Roq, Marko Pyaça
Çexiya: yoxdu
İsveçrə: Niko Elvedi, Denis Zakariya, Brel Embolo, Şani Taraşay
İsveç: Lüdviq Auqustinsson, Viktor Lindelef.