Formula-1” yarışlarını izləmək üçün Rusiyadan Azərbaycana 3,5 min azarkeş gələcək.
Bu barədə "Bakı Şəhər Halqası" Əməliyyat Şirkətinin başçısı Arif Rəhimov bildirib.
Onun sözlərinə görə, indiyədək Rusiya vətəndaşlarına 2500 bilet satılıb.
“Hesab edirik ki, yaxın vaxtlarda ruslar daha min bilet alacaqlar. Biletlərin demək olarki çox hissəsi satılıb və gələn həftəyə qədər yerdə qalanların tam satılmasını gözləyirik. Tribunada biletin ən ucuz qiyməti 200 dollardır, yarışları ayaq üstündə izləmək isə 90 dollar təşkil edir”.
A.Rəhimovun fikrincə, ola bilsin ki, “Formula-1” yarışları Bakıda gecə vaxtı keçirilsin.
“Yarışların gecə keçirilməsi müzakirə olunub. Bunu dostlar və azarkeşlər təklif edib. Amma gecə vaxtı yarış olsa, əlavə xərc də olacaq. Bunun üçün hər dəfə trası yenidən bərpa etmək lazımdır, bu isə çox çətindi və ilk il üçün suallar kifayət qədər çoxdur. Əgər bu dəfə alınsa, ola bilsin gecə yarışını da keçirdik. Şəhərdə işıqlandırma sistemi əladır. Bu alınsa çox gözəl görünəcək”- deyə icraçı direktor bildirib.
“Formula-1” çempionatının təqviminə görə, hazırda Sinqapurda və Bəhreyndə geçə yarışı keçirilir.