“Rio-2016”ya vəsiqə qazanan qadın taekvondoçularımız fərqli məkanlarda hazırlıq keçir

17:52 8 İyun 2016

Azərbaycanın qadın taekvondoçuları Koreya Respublikasına yollanıblar.

Qadınlardan ibarət yığmanın baş məşqçisi Sun Mi Park iki idmançımızın Asiyada hazırlıq keçməsini məqsədəuyğun hesab edib. “Rio-2016” Olimpiadasına lisenziyanı təmin edən Patimat Abakarova (49 kq), həmçinin Yaprak Erişin (62 kq) hazırlığı iyulun 8-dək davam edəcək.

Olimpiadaya vəsiqə qazanan Fəridə Əzizova (67 kq) isə “Rio-2016”ya şəxsi məşqçisinin rəhbərliyi ilə hazırlaşır.


Digər xəbərlər

Xəbər xətti