Bu gün 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Bakı Olimpiya Stadionunda Belarusun müvafiq yaş qrupuna aid komandası ilə yoxlama oyunu keçirib. Qarşılaşma millimizin məğlubiyyəti ilə başa çatıb. Komandamız bu görüşdə penaltidən fərqlənmək şansını da boşa verib. Qeyd edək ki, bu komandalar arasında iyunun 10-da Bakı Olimpiya Stadionunda daha bir sınaq matçı baş tutacaq.