"Mançester Yunayted" ilk rəsmi transferini reallaşdırdı

23:10 8 İyun 2016

"Mançester Yunayted" "Vilyarreal"ın müdafiəçisi Erik Beyinin transferini rəsmən təsdiqləyib. Kot d ivuarlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. 

Təsdiqlənməmiş məlumatlara görə, transferin dəyəri 32 milyon avrodur. Beyi ötən mövsüm İspaniya La Liqasında 25 oyuna çıxıb. O, 10 sarı və 1 qırmızı vərəqə ilə cəzalanıb. 

Qeyd edək ki, "Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo rəhbərlikdən başqa bir neçə futbolçunun transferini də istəyib.


Digər xəbərlər

Xəbər xətti