Futbol üzrə 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması iyunun 10-dan 14-dək Bakıda təlim-məşq toplanışı keçirəcək.
Yığmamız iyunun 15-18-də Makedoniyanın Skopye şəhərində təşkil olunacaq UEFA inkişaf turnirində iştirak edəcək.
Millimiz iyunun 16-da Makedoniya, iki gün sonra isə Xorvatiya yığması ilə qarşılaşacaq.
16 iyun. Saat 13.00
Makedoniya – Azərbaycan
18 iyun. Saat 13.00
Xorvatiya - Azərbaycan