“Avro-2016″da oynayacaq 21 yaşadək futbolçuların ən güclü “11”liyi müəyyənləşib.
Siyahıda bir türk futbolçu da yer alıb.
Türkiyə millisinin parlayan ulduzu olan Əmrə Mor UEFA-nın müəyyənləşdirdiyi ən yaxşı “11”liyə düşməyi bacarıb. Ümumilikdə Fransa, İngiltərə, Almaniya və İspaniya hərəyə 2, Portuqaliya, İsveçrə və Türkiyə yığmaları isə 1 futbolçu ilə təmsil olunub.
Qeyd edək ki, Avropa çempionatları tarixində ilk dəfə olaraq “Avro-2016″nın final mərhələsində 24 yığma iştirak edəcək.
Qapıçı: Serxio Riko (İspaniya)
Müdafiəçilər: Ektor Bellerin (İspaniya), Niko Elvedi (İsveçrə), Josua Kimmiç (Almaniya)
Yarımmüdafiəçilər: Kinqsli Kuman (Fransa), Renato Sançes (Portuqaliya), Dele Alli (İngiltərə), Leroy Sane (Almaniya)
Hücumçular: Antoni Martial (Fransa), Markus Reşford (İngiltərə), Əmrə Mor (Türkiyə)