Komanda yoldaşı Messinin ləqəbini açıqladı

01:12 9 İyun 2016

Argentina millisinin qapıçısı özü də buna fikir vermədən Lionel Messinin millidəki ləqəbini mediyaya verdiyi müsahibədə söyləyib.

“Kopa Amerika”da Argentinanın Çili üzərindəki 2-1 hesablı qələbəsindən sonra “Mançester Yunayted”in qapıçısı mediya nümayəndələrinə bunları söyləyib: “10 nömrəmiz” olmayanda özü də turnirin ilk oyununda, çox çətin olur. Lakin uşaqlar “cırtdana” göstərdilər ki, biz yaxşı formadayıq”. 

Xatırladaq ki, Messi uşaqlıqda boy artımı hormonunda problemlər yaşamışdı və bu ona boy artımına mane olurdu. “Barselona” Messinin müalicəsini  öz üzərində götürüb onu sağaltmışdı və Kataloniyaya gəlişini təmin edərək klubun akademiyasında yerləşməyə və oyunçu kimi formalaşmağına yardım etmişdi. Nəticədə, Leo bütün zamanların ən güclü oyunçularından biri oldu.


Digər xəbərlər

Xəbər xətti