Madrid "Real"ının futbolçusu Kriştiano Ronaldo "Forbes" jurnalının ənənəvi illik reytinqində `1-ci olub. Qeyd edək ki , bu reytinq ən varlı idmançıların siyahısını müəyyənləşdirir .
Son 15 il ərzində 1-ci yer həmişə boksçu Floyd Meyvezerə məxsus idi.O , karyerasını bitirdiyinə görə Ronaldo reytinqə başçılqı edən ilk futbolçu kimi tarixə düşüb. Əlavə edək ki, portuqaliyalı ulduz komanda idman növlərində Maykl Cordandan sonra liderliyi ələ alan ilk idmançı olub.
Reytinqdə son 12 ay ərzində məvacib və bonuslar nəzərə alınır.
1. Kriştiano Ronaldo ( futbol) – 88 мilyon dollar
2. Lionel Messi ( futbol) – 81,4
3. Lebron Ceyms (basketbol) – 77,2
4. Rodjer Federer (tennis) – 67,8
5. Kevin Dürant (basketbol) – 56,2
6. Novak Cokoviç (теnnis) – 55,8
7. Kemeron Nyuton ( amerika futbolu) – 53,1
8. Fil Mikelson (qolf) – 52,9
9. Cordan Spif (qolf) – 52,8
10. Kobe Brayant (basketbol) – 50