Leverkuzenin "Bayer" klubunun keçmiş baş məşqçisi Saşa Levandovski dünyasının dəyişib.
44 yaşlı mütəxəssis yaşadığı mənzildə ölü tapılıb. Mütəxəssisin ölümünün səbəbi araşdılır.
İlkin iddia kimi, məşqçinin ölümünə ciddi psixi problemlərinin səbəb olduğu deyilir. Son olaraq Almaniyanın ikinci liqasında "Yunion Berlin" komandasının postunu mart ayında tərk edən Levandovskiyə psixoloji xəstəlik olan tükənmişlik sindromu diaqnozu qoyulub. Bu səbəbdən futboldan uzaqlaşan gənc mütəxəssisin məhz bu sindromun qurbanı olduğu deyilir.