Litvanın Panevejis şəhərində şahmat festivalı keçirilir. Festivalın proqramına beş turnir daxildir.
turnirdə Azərbaycan nümayəndələri qrossmeyster Azər Mirzəyev və FİDE ustası Rüstəm Bünyadov iştirak edirlər.
Qrossmeysterlərin turnirində dörd turdan sonra 4 xal toplayan polşalı şahmatçı Marsel Kanarek liderdir. Rusiyalı Sergey Matsenko liderdən bir xal, Azərbaycan təmsilçisi Azər Mirzəyev 1,5 xal geri qalır.
Beynəlxalq usta normasını nəzərdə tutan turnirdə 4 xalla ev sahibi Titas Stremaviçyus irəlidədir, rusiyalı Mixail Bereslavski bir xal geri qalır. Azərbaycan şahmatçısı Rüstəm Bünyadov 2 xalla beşinci yerdədir.