“Roma” klubunun əsas futbolçularından olan Miralem Pyaniçin gələcək karyerası ilə bağlı yeniliklər ortaya çıxıb.
Belə ki, Joze Mourinyonun “Mançester Yunayted”ə gəlişi ilə rəhbərlikdən transfer edilməsini istədiyi futbolçulardan biri də Pyaniç idi. Mövsümün əvvəlində “Barselona”nın da maraq dairəsində olan futbolçu üçün indi isə “Yuventus” mübarizəyə qoşulub və futbolçu ilə razılıq əldə olunub.
Artıq yaxın müddətdə “Yuventus” rəhbərliyi rəsmən Miralem Pyaniç transferini ictimaiyyətə bildirəcək. Oyunçu ilə 4 illik müqavilə imzalanacaq və ilinə 4.7 milyon avro maaş ödəniləcək. Transferin dəyəri 30.4 milyon avrodur kimi göstərilir.