Şarapova tennisdən uzaqlaşdırıldı

21:28 9 İyun 2016

İstifadəsi qadağan olunmuş dərman vasitələrindən yararlandığı üçün M.Şarapova 2 il müddətinə yarışlardan kənarlaşdırılıb.

Dopinq testdən nəticəsi müsbət çıxan 29 yaşlı tennisçinin cəza müddəti 2016-cı il yanvarın 26-dan hesablanır.  Onun 2018-ci il yanvarın 26-da analizlərdən sonra yenidən tenisə qayıda biləcəyi vurğulanıb.

M.Şarapova cəzaya etiraz üçün Beynəlxalq İdman Arbitraj Məhkəməsinə müraciət edəcəyini açıqlayıb.

Qeyd edək ki, M.Şarapovanın orqanizmində istifadəsi qadağan olunmuş mildronat preparatı aşkar edilib. Tennisçi mildronatı 2006-cı ildə səhhətində problem yarandığı vaxtdan qəbul etməyə başlayıb. Bu il yanvarın 1-dən isə bu preparat qadağan olunmuş dərmanlar siyahısına düşüb.


Digər xəbərlər

Xəbər xətti