Braziliya çempionatında ilk türk - FOTO

00:11 10 İyun 2016

Bir zamanlar “Fənərbaxça” və “Qalatasaray”da çıxış etmiş Kazım Kazım karyerasını Braziliya çempionatında davam etdirəcək. Türkiyə millisinin də formasını geyinmiş hücumçu “Koritiba” ilə anlaşıb.
 
Bu barədə klubdan açıqlama yayılsa da, transferin detalları haqqında məlumat verilməyib.
 
Qeyd edək ki, Kazım “Fənərbaxça”nın əfsanəsi Aleks de Souzanın son klubu olan “Koritiba”da elə Aleksin nömrəsi ilə 10 nömrəli forma ilə çıxış edəcək. O, Braziliya çempionatında oynayacaq ilk türk futbolçu olacaq.(apasport.az)


Digər xəbərlər

Xəbər xətti