Cavid Hüseynov apellyasiya şikayəti verdi

11:04 10 İyun 2016

Ann.tv saytının əməkdaşı Rasim Əliyevin döyülərək öldürülməsi işi üzrə həbs edilən “Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynov barəsində olan hökmdən apellyasiya şikayəti verib.


Sportarena.az xəbər verir ki, bu barədə C.Hüseyovun vəkili Adəm Məmmədov bildirib.


Vəkilin sözlərinə görə, Bakı Apellyasiya Məhkəməsinə təqdim edilən şikayətdə C.Hüseynov barəsində bəraət hökmü çıxarılmasını istəyib.
İşə yaxın günlərdə baxılacaq.


Qeyd edək ki, Rasim Əliyevin ölümündə təqsirləndirilərək həbs edilən "Qəbələ"nin sabiq kapitanı Cavid Hüseynov 4 il müddətinə azadlıqdan məhrum edilib.


Digər xəbərlər

Xəbər xətti