“Avro-2016”nın başlaması ərəfəsində Marseldə ingilis və fransız azarkeşlər arasında əlbəyaxa dava olub.
Sportarena.az xəbər verir ki, polisin müdaxiləsindən sonra 200 azarkeş arasındakı davaya son qoyulub. “Irish Pub O'Malley” də bir-birinə stul və stollar atan azarkeşləri sakitləşdirmək üçün polis gözyaşardıcı qazdan istifadə edib.
İyunun 11-də saat 21-də Marseldəki “Velodrome” stadionunda gərgin keçəcəyi ehtimal olunan İngiltərə-Rusiya yarışını izləmək üçün ingilis azarkeşlər bir neçə gün əvvəldən Marselə gəliblər.
Fransada Avropa Kuboku yarışlarını 300 mindən 500 minə qədər ingilis azarkeşin izləməsi gözlənilir.