"Liverpul"un əfsanəsi karyerasını bitirdi

21:43 10 İyun 2016

İngiltərənin “Liverpul” klubunun sabiq müdafiəçisi Daniel Agger futbolçu karyerasını bitirdiyini açıqlayıb.


Sportarena.az xəbər verir ki, bu barədə futbolçu öz "tvitter" hesabında yazıb.


“Dəstəyə görə hər kəsə təşəkkür edirəm. Bu çox kədərlidir, lakin futbol oynamağı yekunlaşdırmaq barədə qərar düzgündür. Mən karyeramla fəxr edirəm”.


Xatırladaq ki, 31 yaşlı futbolçu karyerasını səhhətindəki problemlərlə bağlı bitirib. 


Qeyd edək ki, Agger doqquz mövsümdür ki, “Liverpul”un futbolçusu olub. O, daha əvvəl Danimarkanın “Brondbyu” klublarında oynayıb. Bundan əlavə Agger milli komandanın heyətində 71 oyunda meydana çıxıb.


Digər xəbərlər

Xəbər xətti