Yığmamız yenə Montoneqroya qalib gəldi

00:30 11 İyun 2016

Qadın voleybolçular arasında Avropa Liqasının qrup mərhələsində II dövrəyə start verilib. B qrupunda yer alan Azərbaycan yığması IV turda Monteneqro ilə üz-üzə gəlib. Görüş 3-0 hesabı ilə voleybolçularımızın xeyrinə başa çatıb.
Bununla da, qrupda 4-cü oyunu da 3 xalla başa vuran yığmamız yarımfinala vəsiqəni rəsmiləşdirib. Onlar son 2 turda uduzsalar belə, növbəti mərhələyə qrup lideri kimi yüksələcəklər. Buna səbəb millimizin ən yaxın izləyicisi Monteneqronu 7 xal qabaqlamasıdı. Komandamız sabah İspaniya, iyunun 12-də isə Fransa ilə üz-üzə gələcək. 
 
 II dövrə, Fransa
10 iyun
Monteneqro – Azərbaycan - 0:3 (12:25; 21:25; 19:25)
Hakimlər: Benedikt Qeukes (Almaniya), Raquel Portela (Portuqaliya)
Fransa. Renn, “Kollette Besson” Sarayı


Digər xəbərlər

Xəbər xətti