Azərbaycanlı cüdoçu Gürcüstanda keçirilən beynəlxalq turnirin qalibi olub

11:56 11 İyun 2016

Gürcüstanın Mestiya şəhərində cüdo üzrə gənclər arasında dünya çempionu Leri Nakanin xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçirilib. Turnirdə 2000-2004-cü illərdə doğulmuş yeniyetmə və gənclər iştirak ediblər.

Turnirdə rayon idmançıları uğur qazanıblar. Onlar bu yarışmadan 4 qızıl, 1 gümüş və 2 bürünc medal əldə ediblər.

Uğur qazananlardan biri də azərbaycanlı idmançı Səməd Əliyevdir. Turnirdə 81 kiloqram çəki dərəcəsində mübarizə aparan S.Əliyev (16 yaş) bütün rəqiblərini üstələyərək turnirin qızıl medalına sahib olub.


Digər xəbərlər

Xəbər xətti