“Real"ın Portuqaliyalı ulduzu Kriştiano Ronaldo son 20 ilin ən yaxşı futbolçusu olduğunu söyləyib. Ronaldo İtaliyanın "Undici" dərgisinə verdiyi müsahibədə bundan sonra da baxımlı futbol sərgiləmək niyyətində oluğunu bildirərək- “Karyeram ərzində qazandığım naliyyətlərə baxaraq deyə bilərəm ki, son 20 ilin ən yaxşı futbolçusuyam. Ən yaxşılar, həmişə mübarizə apardıqları idman növündə iz buraxırlar. Mən də futbolda bir iz buraxdığımı əminliklə deyə bilərəm” söyləyib.
Fransada təşkil olunan 15-ci Avropa Çempionatından Portuqaliya milli komandasının uğurları üçün tər tökəcək 31 yaşlı futbolçu, uğurlarına yenilərini əlavə etmək istədəyini bildirib.
Karyerası ərzində 3 dəfə “Qızıl Top” mükafatına layiq görülən Ronaldo 2 dəfə “Real” Madrid 1 dəfə isə “Mançester Yunayted” ilə UEFA “Çempionlar Liqası”nın qalibi olub.