Fransada keçirilən Avropa Çempionatının qrup mərhələsi çərçivəsində sabah Xorvatiyaya qarşı ilk oyununu keçirəcək Türkiyə millisi xüsusi qorunur.
Sportarena.az xəbər verir ki, “ay ulduzlular” üçün 22 polisdən ibarət xüsusi dəstə ayrılıb. İŞİD və PKK terrorçularının hədəfində olan Türkiyə millisi oyunlara da həmin dəstə ilə gedib-gələcək. Polislər həmçinin komandanın qaldığı otelin ətrafını da qoruyacaqlar.
Bu dəstə Türkiyədən Fransaya göndərilib. Ankara Çevik Alayının komandiri Yılmaz Erqanın başçılıq etdiyi polislər “ay ulduzlular” qitə birinciliyində oynadığı müddətdə orada qalacaq.
Fransa hökuməti də Türkiyə üçün 10 polis ayırıb.(qafqazinfo.az)