"Messi əjdahadır"

16:51 11 İyun 2016

Səhər başa çatan matçda Argentina millisi Panamanı 5-0 məğlub edərək “Kopa Amerika Sentenario” turnirində 1/4 finala vəsiqəni təmin etdi. Ancaq oyundan sonra ən çox danışılan Messinin performansı oldu. Meydana sonradan daxil olan ulduz futbolçu 20 dəqiqəyə het-trik edərək matçın qəhrəmanına çevrildi. Oyundan sonra Panama yığmasının baş məşqçisi Ernan Dario Qomez Messi haqda bunları deyib:

“Messi əjdahadır. O, oyuna daxil olmazdən əvvəl bərabər səviyyəli oyun gedirdi. Əgər sən Messinin yaxında olduğu zaman hər hansısa bir səhv buraxırsansa, əvəzini ödəməlisən”.


Digər xəbərlər

Xəbər xətti