Ötən axşam başlayan futbol üzrə Avropa çempionatı orada çıxış edən futbolçulara karyeralarında nə qədər şöhrət gətirə bilərsə, bir o qədər də mənfi təhsir göstərə bilər.
İsveç yığmasının superulduzu Zlatan İbrahimoviç “Mançester Yunayted” klubu ilə dünən konrtakt bağlamalı olsa da, bunu edə bilməyib.
Yığmanın məşqçi korpusuna əvvəldən bu barədə heç nə demədiyinə görə, Zlatanı kontrakt bağlamaq üçün Mançesterə uçmağa buraxmayıblar.
Xatırladaq ki, İbrahimoviç İngiltərə klubu ilə bir illik müqavilə bağlamalı və buna görə 17 million avro almalı idi.
Qeyd edək ki İsveç yığması ilk oyununu iyunun 13-də İrlandiyaya qarşı keçirəcək.