Türkiyənin baş məşqçisi Fatih Terimin UEFA-nın rəsmi saytına verdiyi müsahibədə 18 yaşlı hücumçu Emre Morun potensialı haqqında danışıb.
“Emrə Mor – unikal futbolçudur. Mən onu yığmaya dəvət etdim və fikirləşirəm ki, düzgün seçim etmişəm. İnanıram ki, ondan dünya səviyyəli futbolçu çıxacaq. Ona hələ çox şeyi öyrənmək lazımdır.”
Bundan əlavə Terim Arda Turanın “Barselona”da az oynamağına toxunub. “Biz istərdik ki, Arda Turan klubda çox oynasın. Ancaq o klubda oynamayanda da Türkiyə yığmasına çağırılırdı. Onun klubda nə qədər oynamağından asılı olmayaraq, bizim yığma üçün ən vacib oyunçu qalır.”