Xorvatiyalı futbolçu: "Türkiyə çempion olsa ofisiant işləyəcəm"

11:51 12 İyun 2016

Avro 2008-də Türkiyə – Xorvatiya matçında xorvatların qolunu vuran İvan Klasniç o günləri xatırlayıb və Türkiyənin 2016-cı ilin Avropa çempionatındakı şanslarını türk mətbuatına verdiyi müsahibədə dəyərləndirib.

“Düşünürəm ki, Fransadaki turniri çox yaxşı başlayacayıq. Oyunçuların motivasiyası üst səviyyədədir. Yaxşı hazırlanmışıq və 8 il əvvəlki matçın revanşını almaq istəyirik”.

8 il öncəki matçı xatırlayan Klasniç bunları deyib:

“Çox dramatik bir matç idi. Meydançada yaxşı oynayan yox idi. Çox bərabər qarşılaşma idi. 118-ci dəqiqədə qol vuranda çox böyük bir sevinc yaşadıq. O an dedim ki, bu iş bitdi. Hətta düşündüm ki, bu qoldan sonra heykəlimi belə ucaldarlar, amma heykəl heç kimin düşünmədiyi vaxtda yıxıldı.

Arda “Barselona”da çox oyun keçirə bilməyib. Müdafiədə boşluqlar var. Ömər Toprak olsaydı daha möhkəm bir müdafiə xətti olardı. Bu çempionatda Türkiyənin ən zəif nöqtəsi müdafiə xətti olacaq. İtalyan restoranı olan dostumla mərc etmişik. Dostum mənə “Türkiyə çempion olacaq” dedi. Mən isə əgər Türkiyə çempion olsa mən sənin restoranında ofisiantlıq edəcəyimi dedim. “


Digər xəbərlər

Xəbər xətti