"Zenit" müdafiəni gücləndirir

13:48 12 İyun 2016

“Zenit”in yeni baş məşqçisi Mirçea Luçesku ilk transferini həyata keçirməkdədir.

Peterburqluların hədəfindəki isim “Torino”nun polşalı müdafiəçisi Kamil Qlikdir. “Zenit” Qlikə ildə 2 milyon avro maaş və 4 illik müqavilə təklif edir.

28 yaşlı Qlik üçün “Zenit” 10 milyon avro ödəməyə hazırdır.

“Torino”nun kapitanı üçün digər namizəd “Volfsburq”dur. Daha öncə isə bu oyunçuya maraq göstərənlər arasında “Beşiktaş” və “Borussiya Dortmund” da var idi.


Digər xəbərlər

Xəbər xətti