Türkiyə və Xorvatiya milliləri arasında bu gün keçirilən oyundan öncə hər iki komandanın azarkeşləri yerli xuliqanların hücumuna məruz qalıb.
Onlar əsasən türkiyəli azarkeşləri hədəf alıblar. Türkiyəli azarkeşləri daşıyan avtobusa daşlar atılıb. Nəticədə avtobosun şüşələri qırılıb.
Polisin müdaxiləsindən sonra yerli azarkeşlər hadisə yerindən qaçıblar. İnsident kütləvi hal almayıb və ciddi zərər çəkən olmayıb.
Qeyd edək ki, Türkiyə Xorvatiyaya 0:1 hesabı ilə məğlub olub.