Türkiyə milli komandasının baş məşqçisi Fatih Terim Xorvatiya məğlubiyyətindən sonra mətbuata bu sözləri deyib.
“Biz bitdi demədən bitməz deyə bilmək üçün, öncə başlamağımız lazımdı, lakin biz bunu bacarmadıq. Çempionatlara yaxşı başlaya bilmirik. Pis vaxtda qapımızda qol gördük. Ən ciddi vəziyyəti də biz yaratdıq. Qayda pozuntusu gözlədiyimiz bir zamanda künc zərbəsi oldu və qol buraxdıq.”