Fransanın hakimiyyət orqanları “Avro-2016”nın keçirildiyi arenaların yaxınlığında oyun ərəfəsi və oyun günlərində spirtli içkilərin satışına qadağa qoyub.
Ölkənin daxili işlər naziri Bernar Kaznev bildirib ki, bu qərarın verilməsinə rus və ingilis azarkeşlərin Marsel şəhərində yaratdığı ixtişaşlar səbəb olub:
“Mən yerli hakimiyyət orqanlarından xahiş edirəm ki, stadion yaxınlığında və fan-zonalarda spirtli içkilərin satışı ilə bağlı qoyulan qadağanın icrasına ciddi nəzarət etsinlər”.
Fransa mətbuatı yazıb ki, azarkeşlər əsasən, qiyməti 2 avroya olan ucuz spirtli içkiləri çox miqdarda qəbul etdikdən sonra dava salmağa başlayıblar.