Türkiyə və Xorvatiya milliləri cəzalandırıla bilər

17:57 13 İyun 2016

UEFA Xorvatiya və Türkiyə millilərini cəzalandıra bilər.


Sportarena.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qurumun İntizam Komitəsi hər iki ölkənin futbol federasiyasına qarşı intizam işi açıb. 


Buna səbəb hər iki millinin azarkeşləri dünən keçirilən Türkiyə - Xorvatiya matçında pirotexniki vasitələrdən istifadə etməsidir. Bundan əlavə, türkiyəli azarkeşlər oyun zamanı meydana kənar əşyalar da atıblar.


İşə iyul ayının 21-i aydınlıq gələcək.


Qeyd edək ki, dünən "Avro-2016"nın D qrupunda keçirilən Tükiyə - Xorvatiya matçı ikincilərin 1:0 hesablı qələbəsi ilə başa çatıb.


Digər xəbərlər

Xəbər xətti