Hollandiya millisinin sabiq müdafiəçisi Yap Stam karyerasına baş məşqçi kimi davam edəcək.
Sportarena.az xəbər verir ki, "Ayaks"da köməkçi məşqçi kimi çalışan veteran futbolçu bundan sonra İngiltərə çempionşipdə mübarizə aparan "Ridinq" klubunu çalışdıracaq.
43 yaşlı mütəxəssis "Ridinq" klubu ilə 2 illik müqavilə imzalayıb.