Rusiyalı azarkeşlər Fransadan qovulur

13:59 14 İyun 2016

Fransa polisinin xüsusi təyinatlıları Lill şəhərində Rusiyadan olan azarkeşlərə qarşı əməliyyat keçirib.


Bu barədə Ümumrusiya Azarkeşlər Birliyinin rəhbəri Aleksandr Şprıqin məlumat verib.


O bildirib ki, azarkeşlərin olduğu avtobus saxlanılıb, onlardan düşmək tələb edilib. Bundan sonra polis onların üzərini yoxlamağa başlayıb. Əməliyyatda məqsəd silah və narkotika tapmaq olub. Üzərində ilk axtarış aparılan şəxsə Fransadan deportasiya edildiyi bildirilib.


Fransa mətbuatının yazdığına görə, ölkə jandarmeriyası Rusiya millisi azarkeşlərinin bütün rəsmi heyətini deportasiya etmək qərarı verib. Söhbət "Lokomotiv", "Dinamo", "Amkar", "Rostov", "Rubin", "Torpedo" və "Krılyas Sovetov"un ümumilikdə 50 azarkeşindən gedir. Onların hamısının Marsel şəhəriində ingilis azarkeşlərdə davada fəal iştirak etdiyi bildirilir.


Digər xəbərlər

Xəbər xətti