"Avro-2016"da sabah keçiriləcək 3 oyunun hakimləri müəyyənləşib.
Sportarena.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, B və A qruplarında baş tutacaq qarşılaşmaları aşağıda adları qeyd olunan hakimlər idarə edəcək.
15 iyun
B qrupu
17:00. Rusiya - Slovakiya
Hakimlər: Damir Skomina, Yure Praprotnik, Robert Vukan (hamısı Sloveniya)
Əlavə köməkçi hakimlər: Matej Yuq, Slavko Vinçiç (hamısı Sloveniya)
Dördüncü hakim: Yonas Eriksson (İsveç)
Lill. "Pyer Morya" stadionu.
A qrupu
20:00. Rumıniya - İsveçrə
Hakimlər: Sergey Karaşev, Nikolay Qolubev, Tikon Kaluqin (hamısı Rusiya)
Əlavə köməkçi hakimlər: Sergey Lapoçkin, Sergey İvanov (hamısı Rusiya)
Dördüncü hakim: Aleksey Kulbakov (Belarus)
Paris. "Park de Prens" stadionu.
23:00. Fransa - Albaniya
Hakimlər: Uilyam Kollam, Frensis Konnor (hər ikisi Şotlandiya), Damian Makqreyt (İrlandiya)
Əlavə köməkçi hakimlər: Bobbi Madden, Con Biton (hər ikisi Şotlandiya)
Dördüncü hakim: Maykl Oliver (İngiltərə)
Marsel. "Velodrom" stadionu.