UEFA Rusiya yığmasını Avropa Çempionatından şərti olaraq diskvalifikasiya edib.
Sportarena.az xəbər verir ki, şərti cəza o anlama gəlir ki, əgər çempionat ərzində bir daha belə hal təkrarlanarsa, Rusiya yığması "Avro 2016"dan uzaqlaşdırılacaq.
Bundan əlavə, futbol üzrə Avropa çempionatının keçirildiyi Fransada hakimiyyət rusiyalı azarkeşləri ölkədən çıxartmağa qərar verib. Bu səbəbdən Fransa polisi Marseldəki kütləvi iğtişaşlarda əsas fəallardan olan 30-a yaxın rus azarkeşi deportasiya edib.
Qeyd edək ki, İngiltərə ilə Rusiya arasında 1-1 nəticələnən matçdan sonra ingilis və rus azarkeşlər arasında kütləvi dava-dalaş baş verib. Bundan başqa, Marsel şəhərində baş verən toqquşmalarda ağır yaralananlar olub.