Daha bir erməni idmançı Bakıya gəlməkdən qorxdu

16:59 14 İyun 2016

Çexiya yığmasının boksçusu Erik Aqapetelyan Bakıda iyunun 16-dan 25-nə qədər keçiriləcək lisenziyalı olimpiya turnirində iştirak etməyəcək.


Sportarena.az xəbər verir ki, erməni əsilli boksçu Azərbaycan ilə Ermənistan arasında hökm sürən müharibə şəraiti ilə bağlı bu qərara gəldiyini deyib.


"Mən Ermənistanda anadan olmuşam. Biz Azərbaycan ilə müharibə aparırıq və mən ora getməyə qorxuram. Olimpiada mənim üçün vacidbir, amma həyatım daha qiymətlidir. Ermənistan yığması da Bakıya getməkdən imtina edib". 


Erməni idmançının bu addımı Çexiya boks federasiyasının rəhbəri Svyatopluk Zaçeki hiddətləndirib. O, boksçunun qərarını biabırçılıq kimi qiymətləndirib.


Xatırladaq ki, ötən həftə Ukrayna yığmasının boksçusu Gevorq Manukyan da Bakıya gəlməkdən imtina etdiyini açıqlamışdı. O da gəlməməsinin səbəbini eyni faktla izah edib. //ans


Digər xəbərlər

Xəbər xətti