Dortmund "Borussiya"sının futbolçusu Marko Roysun durumunun ciddi olduğu müəyyənləşib.
Sportarena.az "Bild" nəşrinə istinadən xəbər verir ki, Köln universitetinin professoru İnqo Frobesin bu barədə verdiyi açıqlamada 27 yaşlı futbolçunun 6 ay sonra yaşıl meydanlara qayıdacağını qeyd edib.
Onun sözlərinə görə futbolçu yalnız 2017-ci ilin əvvəllərində oynaya biləcək.
Qeyd edək ki, Roys zədə səbəbindən "Avro-2016"da Almaniya millisinin heyətinə salınmamışdı.