"Avro-2016"nın F qrupunda keçirilən Avstriya–Macarıstan matçının (0:2) ən yaxşı futbolçusu müəyyənləşib.
Sportarena.az xəbər verir ki, Macarıstan millisinin üzvü Laslo Klaynhaysler matçın ən yaxşı oyunçusu seçilib.
79 dəqiqə meydanda olan 22 yaşlı yarımmüdafiəçi oyunda vurulan ilk qolun ötürməsini verib.