Rusiya məğlub oldu, Fransa ikinci qələbəsini qazandı - YENİLƏNİB

00:53 16 İyun 2016

Bu gün futbol üzrə Avropa çempionatında daha 3 oyun keçiriləcək.


Sportarena.az xəbər verir ki, bu gün A qrupunda 2, B qrupunda isə bir görüş baş tutacaq.

Günün ilk qarşılaşması B qrupunda çıxış edən Rusiya və Slovakiya komandaları arasında keçiriləcək. Qalib komanda Fransada qalma şanslarını saxlamış olacaq. Rusiya bir xalla qrup üçüncüsüdür. Xalsız Slovakiya isə sonuncu pillədə qərarlaşıb. Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.


Qrupun iyunun 16-da keçiriləcək digər oyununda isə İngiltərə Uelsi sınağa çəkəcək.


A qrupunda 3 xalla lider olan Fransa qrup sonuncusu Albaniya ilə münasibətlərinə aydınlıq gətirəcək. Ev sahibləri qalib gələcəkləri təqdirdə növbəti mərhələyə vəsiqəni təmin etmiş olacaqlar. Albaniya isə ən azından növbəti mərhələ şansını saxlamaq üçün qələbə qazanmalıdır.

Qrupun digər oyununda isə Rumıniya və İsveçrə komandaları üz-üzə gələcək.


15 iyun

B qrupu
 
17:00. Rusiya – Slovakiya  1:2

Qollar: Vladimir Vayss, 32, (0:1), Marek Hamşik, 45, (0:2), Denis Qluşakov, 80, (1:2)
Hakimlər: Damir Skomina, Yure Praprotnik, Robert Vukan
Əlavə köməkçi hakimlər: Matey Juq, Slavko Vinçiç (hamısı Sloveniya)
Dördüncü hakim: Yonas Eriksson (İsveç)
Lill Metropol, "Stad Pyer Mauro"


A qrupu


20:00. Rumıniya - İsveçrə  1:1

Qollar:  Boqdan Stanku, 19, (1:0), Admir Mehmedi, 57, (1:1)
Hakimlər: Sergey Karaşev, Nikolay Qolubev, Tikon Kaluqin (hamısı Rusiya)
Əlavə köməkçi hakimlər: Sergey Lapoçkin, Sergey İvanov (hamısı Rusiya)
Dördüncü hakim: Aleksey Kulbakov (Belarus)
Paris. "Park de Prens" stadionu.

 

23:00. Fransa - Albaniya 2:0
Qollar:
Qrizman 90 , Paye 90+

Hakimlər: Uilyam Kollam, Frensis Konnor (hər ikisi Şotlandiya), Damian Makqreyt (İrlandiya) 
Əlavə köməkçi hakimlər: Bobbi Madden, Con Biton (hər ikisi Şotlandiya)
Dördüncü hakim: Maykl Oliver (İngiltərə)
Marsel. "Velodrom" stadionu.


Digər xəbərlər

Xəbər xətti