Rusiyanın Rostov şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.
Sportarena.az xəbər verir ki, Rostovu təmsil edən OİK-2 komandası ilə qarşılaşan yığmamız 3:1 hesablı qələbə qazanıb. Futbolçularımızdan Xaqani Sadıxov dubl edib. Bir qolun müəllifi isə Samir Qurbanov olub.